Layihənin adı: Youth Inc
Başlama tarixi: 2021-05-01
Bitmə tarixi: 2021-12-05 00:00:00
Məzmun:
5 mərhələdən ibarət olacaq layihənin ilkin mərhələsi olan "Başlanğıc" (Seed up) mərhələsi gənclər arasında sahibkarlıq fəaliyyəti haqqında məlumatlılığın artırılması ilə bağlı olub gənclərə sahibkarlığın əhəmiyyəti barədə təlimlərin keçirilməsindən ibarət olacaq və nəticədə 3500 gənc əhatə ediləcək. Növbəti mərhələ olan "Komanda" (Team up) mərhələsində gənclərin biznes ideyalarını formalaşdırılması üçün müxtəlif seminarlar, mentorluq sessiyaları və onlayn sessiyalar keçiriləcək və nəticədə 2000 gənc əhatə ediləcək. Üçüncü- "Sürət" (Accelerate up) mərhələsi inkubasiya öncəsi proqram ilə başlayır. Seçilmiş komandalar üçün bir həftəlik "bootcamp" keçirilir və sahibkarlıq üçün peşəkar seanslar təşkil edilir və nəticədə 100 komanda seçiləcək. Dördüncü mərhələ - "Yüksəliş" (Raise up) mərhələsi inkubasiya proqramı ilə başlayacaq. Proqram gənclər və qadınlar üçün təlim, mentorluq, bazar məlumatlarının yayılması, şəbəkə qurma, texnologiya transferi, və s. bu kimi xidmətlər təqdim edir və nəticədə 30 komanda seçiləcək. Eyni zamanda, komandalara Azərbaycanın tanınmış şirkətlərinin nümayəndələri mentorluq yardımı göstərəcəklər. Sonuncu mərhələ - "Hədəf" (Target up) mərhələsi ''Pre-Pitching'' və ''Pitching''ə həsr ediləcək. Mentorlar təqdimat hazırlığında komandalarla sıx əlaqədə olacaq və onlara Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) təmsilçiləri tərəfindən dəstək göstəriləcək. Nəticədə 20 komandadan 4 komanda investisiya əldə edəcək.