Layihənin adı: Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı
Başlama tarixi: 2021-02-01
Bitmə tarixi: 2021-05-24 00:00:00
Məzmun:
Layihənin məqsədi kənlərdə yerli icmanın gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərmək və yerli turizmin inkişafına müsbət təsir göstərməklə, aqro turizmin inkişafına töhfə verməkdir. 1. İsmayıllı rayonunun Təzəkənd, Sumağalı, Buynuz, Xanəgah kəndlərində və Lahıc qəsəbəsində sahibkarlıq fəaliyyəti təşviq edilib; 2. 300 nəfər kənd sakini sahibkarlıq imkanları ilə yanaşı özünüməşğulluq imkanları barədə məlumatlanıb; 3. Seçilən vətəndaşlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün peşəkarlar tərəfindən təlimlər təşkil edilib və vacib bacarıqlar öyrədilib. 4. 15 ailənin (təxminən 60 nəfərin) maddi vəziyətini yaxşılaşdıracaq, işsizlik və sosial təminat kimi problemləri qismən həll edəcək addım atılıb; 5. Layihədə 10 ev nəzərdə tutulsa da 13 sahibkarlıq subyekti turizm sahəsində “kənd qonaq evi” kimi fəaliyyət göstərməsi üçün təmir olunub.; 6. 15 sahibkarlıq obyekti Dövlət Məşğulluq Agentliyi tərəfindən agro turizm paketi üzrə müvafiq avadanlıqlarla təmin olunub. Avadanlıqlar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisioner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir