Layihə haqqında Müraciət Et

Layihənin adı: Ənənəvi qida məhsullarının təşviqi və marketinqi

Başlama tarixi: 2021-05-01

Bitmə tarixi: Qeyri-müəyyən

Məzmun:

Layihənin məqsədi ənənəvi olaraq istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışını artıraraq kənd yerlərinin ümumi iqtisadi inkişafına töhfə verəcək daha yaxşı məlumatlı, daha çox bazar yönümlü və rəqabətə davamlı kiçik və orta əkinçilik aqrobiznes sektorunun inkişafına dəstək verməkdir. Layihə çərçivəsində ilk görüş KOBİA ilə birlikdə 24 may tarixində keçirilmişdir. Layihəyə KOB dostları vasitəsi ilə Quba-Xaçmaz, Mərkəzi Aran və Gəncə-Qazax zonalarından olan 40 fermer və istehsalçılar cəlb olunaraq təlimlərə start verilmişdir. Təlimlərdə Fermerlər və Kənd Təsərüfatı məhsullarının istehsalçıları 22 nəfər , HoreCa sahəsində olan sahibkarlardan 13 nəfər , Kənd Təsərüfatı məhsullarının satışı məşğul olan 25 nəfər , QHTA Assossiyalarından 27 nəfər , Dövlət nümayəndələrindən 22 nəfər iştirak etmişdir.