Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
30.10.2021
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş təşkil olunub.
Görüşdə İqtisadiyyat Nazirliyi, KOBİA, Dövlət Vergi Xidməti, Sahibkarlığın İnkişafı Fondu və “Marsol” MMC-nin partnyor şirkətləri iştirak ediblər.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə sahibkarlıq subyektlərinin ehtiyaclarına dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Powered by Froala Editor