Xəbərlər

Tekstil sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb 01.11.2021
Elan


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Xırdalanda tekstil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

 

Görüşdə İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsinin, Sahibkarlığın İnkişafı Fondunun, KOBİA-nın və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri, eləcə də 10-dan çox sahibkarlıq subyekti iştirak edib.

 

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlar tərəfindən idxal-ixrac əməliyyatları zamanı yaranan çətinliklər, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 


Powered by Froala Editor