Xəbərlər

Göygöldə sahibkarlarla görüş keçirilib 12.11.2021
Elan

Noyabrın 12-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Göygöl rayonunda sənaye, turizm və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

 

30-a yaxın sahibkarın və regionda biznes subyektlərinə xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb və sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində KOBİA-nın təşkilatçılığı və dövlət qurumlarının iştirakı ilə belə görüşlər mütəmadi olaraq təşkil olunur. Məqsəd sahibkarların qarşılaşdıqları çətinlikləri və biznes fəaliyyəti ilə bağlı təkliflərini öyrənməkdir. 

Powered by Froala Editor