Xəbərlər

“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” mövzusunda onlayn tədbir keçirilib 01.12.2021
Elan



Noyabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.

Sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclərin iştirakı ilə keçirilmiş tədbirdə Agentliyin Oğuz – Qəbələ KOB dostu tərəfindən iştirakçilara biznes bacarıqlarının inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və özünüməşğulluğun təmin edilməsi, Agentliyin startaplara və biznesə başlamaq istəyən şəxslərə göstərdiyi dəstək və xidmətlər, regionlarda KOB dostunun fəaliyyəti barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları həmçinin, KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsi barədə məlumatlandırılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib. 




Powered by Froala Editor