Azərbaycan Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), "Bakı Fond Birjası"nın və investisiya şirkətlərinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə keçirilən “İnvestisiya səyahəti” layihəsi davam edir.
Layihə çərçivəsində növbəti tədbir dekabrın 3-də Lənkəran şəhərində keçirilib. Müvafiq qurumların və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat verilib, kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılıb, ödənişsiz investisiya məsləhətləri verilib.
Powered by Froala Editor