Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiya üzrə qrant müsabiqəsi çərçivəsində “Education HUB” tərəfindən Tərtər rayonunda həyata keçirilən "Davamlı inkişafa məktəbdən başlayaq!" layihəsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstək göstərilib. Layihə çərçivəsində Tərtər rayonunun Seyidimli kənd məktəbliləri maliyyə savadlılığı və biznes sahəsində ilkin biliklərə yiyələniblər.
KOBİA-nın Tərtər rayonu üzrə nümayəndəsi bu məqsədlə təşkil olunmuş görüşdə şagirdləri biznes nədir, biznesə necə başlamalı və KOBİA-nın fəaliyyəti barədə məlumatlandırıb. KOB dostu tərəfindən şagirdlərlə görüşə dəvət olunmuş gənc iş adamı Cavid Həsənli biznes sahəsində təcrübəsini bölüşüb. “Patron” günəbaxan tumları müəssisəsinə təşkil olunmuş eksursiya zamanı şagirdlər istehsal prosesi ilə yaxından tanış olublar.
Powered by Froala Editor