Dekabrın 20-də saat 15.00-da "GS1 standartlarının rəqabət üstünlüyü və KOB subyektlərinin ixrac qabiliyyətinin təkmilləşdirilməsi" mövzusunda vebinar keçiriləcək.
Ölkəmizdə ixracla məşğul olan sahibkarlıq subyektləri vebinarda iştirak edə bilərlər. Tədbirdə ekspertlər dünya bazarının idxal məhsullarına olan texniki tələbləri - Əmtəə Qlobal İdentifikasiya Nömrəsi (GTİN), Qlobal Yerləşmə Nömrəsi (GLN) və Nəqliyyat Qablaşdırmasının Seriya Nömrəsinin (SSCC) kodlaşdırma tələbləri və alınma qaydası barədə ixracatçı şirkətləri məlumatlandıracaq.
Vebinar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və USAİD-in “Özəl sektorun inkişafı” layihəsinin təşəbbüsü, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və “GS 1 Azərbaycan” MMC-nin texniki dəstəyi ilə keçiriləcək. Tədbirdə İqtisadiyyat Nazirliyi və nazirliyin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AZPROMO, eləcə də Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak edəcəkdir.
Vebinara qoşulmaq üçün:
https://zoom.us/j/96664237993?pwd=V2xaVElENnhvbmdHN25XcFJ6VmkwZz09
İdentifikasiya nömrəsi: 96664237993
Şifrə: 477675
Powered by Froala Editor