Dekabrın 20-də ixracla məşğul olan sahibkarlıq subyektləri üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "GS1 standartlarının rəqabət üstünlüyü və KOB subyektlərinin ixrac qabiliyyətinin təkmilləşdirilməsi" mövzusunda vebinar təşkil olunub.
Tədbirdə KOBİA-nın Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov, “GS 1 Azərbaycan” MMC-nin nümayəndəsi Gülnarə Rəsulova və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə dünya bazarının idxal məhsullarına olan texniki tələbləri - Əmtəə Qlobal İdentifikasiya Nömrəsi (GTİN), Qlobal Yerləşmə Nömrəsi (GLN) və Nəqliyyat Qablaşdırmasının Seriya Nömrəsinin (SSCC) kodlaşdırma tələbləri və alınma qaydası barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
İxracla məşğul olan 80-ə yaxın sahibkarlıq subyektinin iştirakı ilə təşkil olunmuş vebinarda İqtisadiyyat Nazirliyi və nazirliyin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AZPROMO, eləcə də Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak ediblər.
Powered by Froala Editor