Xəbərlər

YAP-ın konfransında KOBİA-nın Qarabağda biznes qurmaq istəyən sahibkarlara dəstəyi barədə məlumat verilib 24.12.2021
Elan

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfrans keçirilib. 


Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov işğaldan azad edilmiş ərazilərin biznes üçün də yeni imkanlar yaratdığını vurğulayıb. Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı, turizm, sənaye, xidmət və digər sahələrdə KOB subyektlərinin biznes layihələrinin reallaşdırılması imkanları genişdir. İqtisadi reinteqrasiya prosesində KOB subyektlərinin rolunun artması isə məşğulluğun təmin edilməsinə öz müsbət təsirini göstərəcəkdir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 900-dən çox müraciət daxil olub. KOBİA işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan müraciətlərin qəbulunu, onlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətlərinin göstərilməsini davam etdirir. 

Powered by Froala Editor