Xəbərlər

Lerik və Ağcabədi rayonlarında sahibkarlarla görüş keçirilib 24.12.2021
Elan

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lerik və Ağcabədi rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüşlər keçirilib. 


Sahibkarlara xidmət göstərən müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş görüşlərin məqsədi sahibkarları aqrar sahədə mövcud dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumatlandırmaq, problemlərini və təkliflərini dinləmək, həlli istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlər görməkdir. 


Görüşlərdə sahibkarlara dövlətin güzəştli kreditlərindən istifadə imkanları, aqrar sahə üçün subsidiyalar, sığorta, KOBİA-nın fermerlərə göstərdiyi dəstək və xidmətlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor