Xəbərlər

“Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilib 28.01.2022
Elan










Yanvarın 28-də Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və “ABB-İnvest” investisiya şirkəti tərəfindən kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün “Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda onlayn təlim keçirilib. 


Təlimdə Mərkəzi Bank, Bakı Fond Birjası və “ABB-İnvest” investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. 


Mütəmadi olaraq keçirilən tədbirin məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Powered by Froala Editor