Xəbərlər

Əlilliyi olan şəxslərlə sahibkarlıq fəaliyyəti ilə bağlı müzakirələr aparılıb 21.02.2022
Elan

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət dəstək xidmətləri barədə əlil sahibkarların maarifləndirilməsi məqsədilə onlayın görüş keçirilib.

 

Görüşdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin,  Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Karlar Cəmiyyətinin, “Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin nümayəndələri və 40-a yaxın sahibkarlıq subyekti iştirak edib.

 

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə əlil sahibkarlarla biznesə başlamaq və inkişaf etdirmək üçün lazım olan dəstək tədbirləri müzakirə olunub, təklifləri dinlənilib, onların sahibkarlıq fəaliyyəti və dövlət dəstəyi mexanizmləri barədə sualları cavablandırılıb. 

Powered by Froala Editor