Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və birjanın üzvləri olan investisiya şirkətlərinin iştirakı ilə Yevlax şəhərində "İnvestisiya səyahəti" tədbiri təşkil olunub. Mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.
Yevlaxda keçirilmiş tədbirdə də iştirakçılara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat verilib, kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Powered by Froala Editor