Xəbərlər

Prezident İlham Əliyev Ağalı Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın xidmət pəncərəsi və Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub 28.05.2022
Elan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. 


Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsidir.


Qeyd edək ki, KOBİA və müvafiq qurumların dəstəyi ilə bir müddət əvvəl bir qrup Ağalı kənd sakini biznes təlimlərinə cəlb olunmuşdu. Növbəti mərhələdə kənd sakinlərinə fəaliyyət sahələrinə uyğun avadanlıqlar veriləcəkdir. Ağalı kəndində fəaliyyət göstərən KOBİA-nın xidmət pəncərəsi təlimləri uğurla başa vurmuş kənd sakinlərinə də dəstək göstərəcəkdir.


Ağalı kəndində həmçinin, KOBİA-nın dəstəyindən yararlanmış "Gillmed" tikiş fabriki də fəaliyyət göstərəcək. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış müəssisənin məqsədi kənd sakinlərinin məşğulluğunun təmin edilməsidir. Fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunacaq. Burada 25-ə yaxın Ağalı kənd sakininin işlə təmin olunması nəzərdə tutulur. 

Powered by Froala Editor