Gədəbəydə sahibkarlarla görüş keçirilib
25.06.2022
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gədəbəy rayonunda kənd təsərrüfatı sahəsində fəliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin, KOBİA-nın və yerlərdə sahibkarlara xidmət göstərən digər qurumların nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
Tədbirdə aqrar sahədə çalışan sahibkarlara göstərilən dövlət dəstəyi, fermerlərin fəaliyyətinin genişləndirilməsi tədbirləri, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkar və fermerləri maraqlandıran suallar cavablandırılıb.
Powered by Froala Editor