Xəbərlər

Sahibkarlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud dövlət dəstək mexanizmləri barədə məlumatlandırılıb 18.08.2022
Elan

Avqustun 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların maariflənməsi məqsədilə “Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud dövlət dəstək mexanizmləri" mövzusunda görüş təşkil olunub.

 

Görüşdə  Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliy, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Aqrar Tədarük və Təchizat" ASC və 50-ə yaxın sahibkarlıq subyekti iştirak edib.

 

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə maliyyə dəstək mexanizmləri barədə müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor