Xəbərlər

Göygöldə sahibkarlarla görüş keçirilib 25.08.2022
Elan

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Göygöl rayonunda kənd təsərrüfatı sahəsində fəliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin, KOBİA-nın və rayonda sahibkarlara xidmət göstərən digər qurumların nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Görüşdə fermer və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi üçün subsidiyaların verilməsi, aqrar sahədə çalışan sahibkarlara göstərilən dövlət dəstəyi, yeni müəssisə və koorporativlərin yaradılması, aqrar sığorta ilə bağlı müzakirələr aparılıb. Sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, suallar cavablandırılıb.

Powered by Froala Editor