KOBİA nümayəndələri kabel zavodunda olublar
08.10.2022
Oktyabrın 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Qobuda yerləşən "Caspian Cable Systems" MMC-nin kabel zavodunda olublar.
Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində məlumat verilib ki, burada geniş çeşiddə və müxtəlif ölçüdə mis, alüminium kabellər istehsal olunur. Müəssisənin istifadə etdiyi xammal xarici ölkələrdən təmin edilir. Hazırda zavodda 60 nəfər çalışır.
KOBİA nümayəndələri ilə müəssisənin rəhbərliyi arasında sahibkarlıq subyektinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib, Agentliyin istehsal müəssisələrinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Powered by Froala Editor