Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək. Görüş oktyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunacaq.
Görüşdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinın mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi barədə məlumat veriləcək, sahibkarların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq, onların qarşılaşdıqları problemlər dinləniləcək.
Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlar görüşdə iştirak edə bilərlər. Ətraflı məlumat və iştirak üçün: (+994) 55 455 80 87, Sabir Zeynallı.
Powered by Froala Editor