Xəbərlər

"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir 19.10.2022
Elan

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 14-сü “Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgiləri öz işinə başlayıb. 


Sərginin açılış mərasimində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-lar tərəfindən istehsal edilən məhsul və xidmətlərin tanıdılmasında, satış imkanlarının genişləndirilməsində, yeni işgüzar əlaqələrin qurulmasında və əməkdaşlığın inkişafında önəmini qeyd edib, KOBİA-nın belə sərgiləri daima dəstəklədiyini diqqətə çatdırıb. 


“Rebuild Karabakh” sərgisində KOBİA-nın təşkilatçılığı ilə yaradılmış stenddə tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri kimi sahələrində fəaliyyət göstərən 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur. Həmçinin, KOBİA-nın stendində iş adamlarının ikitərəfli görüşləri üçün şərait yaradılıb.


Sərgilər oktyabrın 21-dək davam edəcəkdir.


Powered by Froala Editor