Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Suraxanı rayonunda fəaliyyət göstərən KOB subyekləri ilə görüş keçirilib.
Görüşdə KOBİA-nın, Suraxanı Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, “Azərsu” və “Azərişıq” ASC-nin nümayəndələri ilə yanaşı, 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Sahibkarlarla aqrar sahədə göstərilən dövlət dəstəyi, yeni müəssisə və koorporativlərin yaradılması, qaz, enerji və su təchizatı sahəsində istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr aparılıb, onların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib. Tədbirdə həmçinin, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Powered by Froala Editor