Xəbərlər

Tikinti sahəsində yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb 28.10.2022
Elan

Qaradağ rayonunda "Abşeron Tikinti Materialları Mərkəzi" fəaliyyətə başlayıb. 


Açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qaradağ İcra Hakimiyyətinin rəhbərliyi, mərkəzdə fəaliyyət göstərəcək sahibkarlar iştirak ediblər. 


Tədbirdə məlumat verilib ki, "Abşeron Tikinti Materialları Mərkəzi"ndə 1500-ə yaxın sahibkarın fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Mərkəz 55 hektar ərazidə yerləşir. Burada yerli istehsal məhsulları və idxal edilən tikinti materiallarının satışı həyata keçiriləcək. Növbəti mərhələdə ərazidə tikinti materiallarının satışı ilə yanaşı, inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur.

 

Powered by Froala Editor