Xəbərlər

Sahibkarlarla görüşlər davam etdirilir 05.12.2022
Elan


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlarla onlayn formatda “Sığorta, sığorta prinsipləri barədə sahibkarlıq subyektlərinin maarifləndirilməsi” və Quba şəhərində “Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi” mövzularında görüşlər keçirilib.


Aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilmiş görüşlərdə ümumilikdə 30-dan çox sahibkarlıq subyekti iştirak edib.


Görüşlər çərçivəsində sahibkarlarla aqrar sığorta, suvarma suyu çatışmazlığının aradan qaldırılması üçün alternativ yollar, subsidiyalar, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi məsələləri və s. barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib. Həmçinin, görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Powered by Froala Editor