KOBİA nümayəndələri polietilen məhsulların istehsalı müəssisəsində istehsal prosesi ilə tanış olub, sahibkarın inkişaf ehtiyacları ilə maraqlanıblar.
Mikro, kiçik və orta sahibkarlıq subyektləri ölkədə məhsul istehsalının artmasına və məşğulluğun təmin edilməsinə öz töhfəsini verir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Sumqayıt şəhərində fəaliyyət göstərən belə müəssisələrdən birində olublar. KOBİA nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olub və sahibkarla inkişaf ehtiyaclarına dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Fin Plast İnternational” MMC-yə məxsus müəssisədə qida paketləri, polietilen örtüklər və kisələr, digər polietilen məhsullar istehsal edilir. 2017-ci ildən fəaliyyət göstərən müəssisədə 200-ə yaxın işçi çalışır. Müəssisənin yaradılmasına dövlət dəstəyi də göstərilib.
Powered by Froala Editor