Xəbərlər

KOBİA Gədəbəy və Yevlax rayonlarında sahibkarlarla görüş keçirib 16.10.2023
Elan

Yevlax və Gədəbəydə fəaliyyət göstərən sahibkarlar turizm və aqrar sahəyə dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb, inkişaf ehtiyacları öyrənilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların ehtiyaclarının və çətinliklərinin öyrənilməsi, təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumatlandırılması üçün görüşlərini davam etdirir. Növbəti belə görüşlər Yevlax və Gədəbəy rayonlarında keçirilib. 


Gədəbəy rayonunda turizm və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-a yaxın sahibkarın iştirakı ilə keçirilən görüşdə biznes subyektləri dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb, təklifləri dinlənilib, sualları cavablandırılıb. 


Yevlax rayonunun Səmədabad kəndində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunan görüşdə isə aqrar sahədə dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlər, aqrar sığorta və subsidiyalar barədə məlumat verilib, sahibkarlarla ehtiyaclarına dair fikir mübadiləsi aparılıb. Görüşdə 25-ə yaxın sahibkar iştirak edib.

 

Qeyd edək ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlər barədə məlumatı Agentliyin saytından əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).  

 

Powered by Froala Editor