Xəbərlər

Ordubadda KOB klasterə dair maarifləndimə görüşü keçirilib 21.10.2023
Elan

KOBİA-nın təşkilatçılığı ilə Ordubad rayonunda təşkil olunmuş görüşdə sahibkarlar KOB klasterin yaradılması, dəstək üçün müraciət qaydası, KOB klaster şirkəti və onun iştirakçısı üçün vergi güzəştləri barədə məlumatlandırılıb.  


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB klaster və Agentlik tərəfindən verilən KOB klaster şəhadətnaməsi barədə sahibkarları məlumatlandırır. 


Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə KOBİA-nın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlar Konfederasiyasının, Ordubad Rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri, 50-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti iştirak edib.


Görüşdə KOB klasterin yaradılması barədə məlumat verilib, KOB klaster şirkətinin meyarları, təqdim olunmalı sənədlər, KOB klaster şirkəti və onun iştirakçısı üçün nəzərdə tutulan vergi güzəştləri, KOB klaster şəhadətnaməsini almaq üçün müraciət qaydası iştirakçıların diqqətinə çatdırılıb, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

 

Powered by Froala Editor