Xəbərlər

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun iclası keçiriləcək 21.12.2023
Elan

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclasında ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə ediləcək.

 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun 25 dekabr 2023-cü il tarixində saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

 

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr və növbəti il üzrə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılacaq.

 

İclasda alt-qrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və beynəlxalq özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəkdir.

 

Powered by Froala Editor