Xəbərlər

“İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib 22.12.2023
Elan

KOBİA yanında İctimai Şuranın təşəbbüsü ilə keçirilən görüşdə idxal-ixrac əməliyyatları zamanı sahibkarların qarşılaşdıqları çətinliklər müzakirə edilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşəbbüsü ilə “Bakı KOB evi”ndə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş “İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda təşkil edilib. 


Görüşdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və KOBİA-nın nümayəndələri, eləcə də biznes assosiasiyalara üzv olan 25-ə yaxın sahibkarlıq subyekti iştirak edib. 


Tədbirdə idxal-ixrac əməliyyatları zamanı sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər barədə səsləndirilən suallar aidiyyəti üzrə cavablandırılıb, idxal-ixrac əməliyyatları üzrə prosedurların sadələşdirilməsinə və elektronlaşdırılmasına dair gözlənilən yeniliklər barədə məlumat verilib.

 

Powered by Froala Editor