Xəbərlər

KOBİA-da vətəndaş qəbulu keçirilib 10.01.2024
Elan

KOBİA-da keçirilən vətəndaş qəbulunda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 2024-cü il üzrə ilk vətəndaş qəbulu keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin rəhbər heyəti qəbulda iştirak edən sahibkarların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Qəbul zamanı qaldırılan məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.

 

Sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik nümayəndələrinin qəbuluna yazıla bilərlər.

 

Qeyd edək ki, 2023-cü ildə Agentliyin inzibati binasında KOBİA-nın rəhbər vəzifəli şəxsləri tərəfindən 250-dən çox vətəndaş qəbulu keçirilib.

 

Powered by Froala Editor