Xəbərlər

KOBİA və Qazaxıstanın “DAMU” Sahibkarlığın İnkişafı Fondu arasında Memorandum imzalanıb 11.03.2024
Elan

Sənəd KOB sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirləri və Yol Xəritəsini nəzərdə tutur. 

 

Martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın “DAMU” Sahibkarlığın İnkişafı Fondu SC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


Sənəddə iki ölkə arasında KOB sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən məlumat və təcrübə mübadiləsi, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin yaradılması və təşviqi, müxtəlif tədbirlərin təşkili və s. nəzərdə tutulur. Memorandumla birgə həmçinin, kiçik və orta biznesə dəstək tədbirlərinin keçirilməsi üzrə Yol Xəritəsi də təsdiq edilib. 

Powered by Froala Editor