“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək
15.03.2024
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 5 aprel 2024-cü il tarixində, saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda İşçi Qrupunun 2023-cü il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin və verilmiş tapşırıqların icra vəziyyətinə, eləcə də 2024-cü il üçün qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaqdır.
İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəkdir.
Powered by Froala Editor