Xəbərlər

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclası keçiriləcək 08.04.2024
Elan

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun 22 aprel 2024-cü il tarixində saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. 

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsinin icrası baxımından qarşıda duran vəzifələr, müvafiq bəndlər üzrə görülmüş işlər, ESG prinsipləri üzrə qlobal trendlər və praktik tətbiq məsələləri barədə müzakirələr aparılacaq.

İclasda altqrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və beynəlxalq özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəkdir.

 

 

Powered by Froala Editor