Xəbərlər

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla görüşlər davam edir 20.04.2024
Elan

Qax və Cəlilabad rayonlarında keçirilən görüşlərdə sahibkarlar dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılıb, təklifləri öyrənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə Qax rayonunda arıçılıq, Cəlilabad rayonunda isə kartof və çiyələk əkini ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüşlər keçirilib. Görüşlərdə ümumilikdə 70-ə yaxın sahibkar iştirak edib.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunan görüşlərdə aqrar sahə üzrə aktual məsələlərə dair fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri və çətinlikləri öyrənilib, müvafiq qurumların nümayəndələri tərəfindən sualları cavablandırılıb. Görüşlər zamanı həmçinin, sahibkarlar biznes fəaliyyəti ilə bağlı dövlət dəstəyi mexanizmləri, o cümlədən dövlətin güzəştli kreditləri, idxal-ixrac prosedurları, sığorta ödəmələri, hazır məhsulun satışına dəstək alətləri barədə məlumatlandırılıblar. 

Powered by Froala Editor