Xəbərlər

Sumqayıtda qadın sahibkarlarla görüş keçirilib 29.04.2024
Elan

Görüşdə qadınlar arasında sahibkarlığın təşviqi, qadın sahibkarların maliyyə resurslarına və bazarlara çıxışı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən qadın sahibkarlar ilə görüş keçirilib.

60-a yaxın sahibkarlıq subyektinin iştirakı ilə təşkil olunmuş görüşdə KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Dövlət Reklam Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilən görüşdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların maliyyə resurslarına və satış bazarlarına çıxışı, sərgilərdə iştirakına dəstək və digər məsələlər müzakirə olunub. Görüşdə həmçinin qadın sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor