Xəbərlər

KOBİA nümayəndələri Səudiyyə Ərəbistanında səfərdə olub 29.04.2024
Elan

Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclası keçirilib.


KOB-ların inkişafına yönəlmiş ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları çərçivəsində birgə təşəbbüslərin reallaşdırılmasına dair fikir mübadiləsinin aparılması və əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olublar. 


Səfər çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclası keçirilib. KOBİA və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. 


İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, İşgüzar Şuranın həmsədrləri - KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxilin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin iştirak etdiyi iclasda hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu imkanlar, işgüzar dairələr arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, bu istiqamətlərdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor