Xəbərlər

"Startap" şəhadətnaməsinin verilməsi barədə qərar necə qəbul olunur? 25.07.2024
Elan

Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun olaraq, “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən daxil olmuş müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır. Bu şurada innovativ ekosistemin inkişafında iştirak edən dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlər təmsil olunur. Ekspertlər Şurası “Startap” şəhadətnaməsinin verilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə - KOBİA-ya  daxil olan müraciətlərə 30 iş günü müddətində baxır və şuranın rəyi əsasında şəhadətnamənin verilməsi və ya verilməsindən imtina olunması barədə qərar qəbul edilir. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir. 



Powered by Froala Editor