Xəbərlər

2020-ci il üçün KOB dostları qarşısında yeni hədəflər müəyyənləşdirilib 23.12.2019
Elan



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olan “KOB Dostu” şəbəkəsinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 20 “KOB Dostu”nun iştirakı ilə təşkil olunmuş iclasda ötən bir il ərzində KOB dostları tərəfindən görülmüş işlər müzakirə edilib, 2020-ci ildə “KOB Dostu” şəbəkəsi qarşısında duran vəzifələr və hədəflər barədə fikir mübadiləsi aparılıb.

İclasda həmçinin, 2019-cu il ərzində sahibkarlarla iş və onların müraciətlərinin müsbət həllində daha çox fərqlənən KOB dostlarına təşəkkürnamələr təqdim olunub.

Powered by Froala Editor