Xəbərlər

KOBİA pandemiyadan zərər çəkmiş fərdi sahibkarları dövlət maliyyə dəstəyi barədə məlumatlandırır 16.04.2020
Elan


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi barədə onlayn maarifləndirmə tədbiri təşkil edib.

Onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara göstərilən maliyyə dəstəyi, bu dəstəkdən yararlanmaq üçün İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinet üzərindən müraciət qaydası barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanıb.

Qeyd edək ki, KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi mexanizmləri barədə onlayn maarifləndirmə təbirləri keçirir. Aprelin 15-də muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi barədə təşkil olunmuş onlayn tədbirdən Bakıda və ölkə regionlarında fəaliyyət göstərən 3200-dən çox sahibkar yararlanıb.

Powered by Froala Editor