Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir.
KOBİA özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşları məlumatlandırır, onların qeydiyyatı üçün texniki dəstək göstərir və məşğulluq mərkəzləri ilə əlaqələndirir, Dövlət Məşğulluq Agentliyi ilə birgə uyğun namizədlərin təsərrüfatına baxış keçirir, proqrama cəlb olunmuş şəxslər üçün təlimlərin təşkili, onlara aktivlərin verilməsi proseslərində aktiv iştirak edir.
Həmçinin, KOBİA proqramı uğurla başa vurmuş şəxslərin biznesinin inkişafına öz dəstək və xidmətləri çərçivəsində dəstək göstərir.
Powered by Froala Editor