Xəbərlər

Elan 06.08.2021
Elan

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu departamentinin Qazax, Ağstafa, Tovuz, Ağcabədi, Mingəçevir, Zaqatala, Astara, AğdamTərtər və İmişli KOB dostu vəzifələri üzrə işə qəbul elan edir.

 

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

 

- fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

- ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək.

 

 

Namizədə dair tələblər:

 

- Ali təhsil tələbi: İqtisadiyyat, hüquq və idarəetmə ixtisas qrupları;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı.

 

Şərtlər: 

 

- Tam iş günü, iş qrafiki I-V günlər. 

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB dostu (region adı)” yazaraq 23.08.2021-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur (əks halda müraciət nəzərə alınmayacaq). Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqdır.

Powered by Froala Editor