Xəbərlər

Şəkidə fermerlərlə görüş keçirilib 08.10.2021
Elan

Torpağın əkindən əvvəl hazırlanması, bitklərin qorunması üçün müvafiq vasitələrdən düzgün və vaxtında istifadə haqqında fermerlərin məlumatlandırılması üçün görüş keçirilib. Oktyabrın 7-də Şəki şəhərində təşkil edilmiş tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Qida Təhlükəsizliyi İnstitutunun və “Ema Aqro” MMC-nin dəstəyi ilə keçirilib. Tədbirdə müvafiq qurumlarla yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin və KOBİA-nın Şəki şəhəri üzrə KOB dostu və Zaqatala-Balakən KOB İnkişaf Mərkəzinin (KOBİM) nümayəndələri də iştirak ediblər.

 

Görüşdə 20-yə yaxın fermer əkindən əvvəl torpağa aqrotexniki qulluq, gübrələmə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri, əkin sahələrindən səmərəli istifadə haqqında məlumatlandırılıb, “Ema Aqro” MMC-nin aqronomu tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda fermerlərə KOB dostu və Zaqatala-Balakən KOBİM tərəfindən göstərilən dəstək və xidmətlər, o cümlədən aqrar sahə, vergi və ixracla bağlı təlim və məsləhət xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb. 

Powered by Froala Editor