Xəbərlər

Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi istiqamətində tədbirlər davam etdirilir 08.10.2021
Elan

Oktyabrın 8-də Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” mövzusunda tədbir keçirilib.


Gəncə Gənclər Evində təşkil olunmuş tədbirdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF), Gənclər və İdman Baş İdarəsinin, Destinasiya Menecmenti Təşkilatının, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Gəncə KOB dostunun və KOB İnkişaf Mərkəzinin (KOBİM), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin nümayəndələrinin və digər şəxslərin iştirakı ilə keçirilmiş tədbirin məqsədi gənc sahibkarların dövlətin dəstək mexanizmləri, KOBİA, SİF, Gəncə KOBİM və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir. 


Tədbir çərçivəsində həmçinin, sahibkarlara dövlətin güzəştli krediti hesabına maliyyələşdirmək istədikləri layihələri SİF-lə müzakirə etmək imkanı yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor