Xəbərlər

“İnvestisiya səyahəti” layihəsinə start verilir 21.10.2021
Elan

Maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkfişafı Agentliyi, Bakı Fond Birjası və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verilib.

 

Bununla bağlı keçirilmiş tədbirdə Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyələşmə və Bakı Fond Birjasında listinq mövzularında təqdimatlar keçirilib, biznes subyektlərinə ödənişsiz investisiya məsləhətləri verilib, iştirakçılar “Listinq Məsləhət Proqramı”na dəvət olunub. 

 

Layihənin məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən biznesə yeni başlayan subyektlərin kapital bazarı vasitəsi ilə maliyyələşməsinə, mövcud bizneslərinin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri, qiymətli kağızlar bazarına dair məlumatlandırılması, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi nəzərdə tutulur.

Powered by Froala Editor